Bakıda avtomobildən bahalı ətirlər oğurlayan şəxslər həbs edildi

02.09.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Bakıda qadına məxsus “Toyota Land Cruiser Prado” markalı avtomobildən bahalı ətirlər və digər əşyaları oğurlayan şəxslər həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1978-ci ildə Bakı şəhərində anadan olmuş Elxan Rzayev və 1987-ci ildə Bakı şəhərində anadan olmuş İsrafil Hüseynovun Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, sözügedən şəxslər zərərçəkmiş Günel İmaməliyevaya məxsus avtomobildən dirsəkliyə qoyulmuş 650 manat dəyərində 1 ədəd “Marc-Antonie Barrois” markalı ətiri, 150 manat dəyərində 1 ədəd “Tom Ford” markalı ətiri, 15 manat dəyərində 1 cüt bijuteriya sırğasını və 50 manat dəyərində 1 ədəd 02 GB həcmli yaddaş kartını gizli şəkildə talayıblar.

Oğurluq hadisəsi Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində törədilib.

Məhkəmənin hökmü ilə Elxan Rzayev 2 il 7 ay, İsrafil Hüseynov isə 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

Hər iki şəxs cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью