Bakıda avtomobildən oğurluq anı kameraya düşdü VİDEO

20.07.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Avtomobildən pul və mobil telefon oğurlayan iki şəxs saxlanılıb. Avtosfer.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus “Mercedes” markalı avtomobildən 1000 manat nağd pul və 500 manat dəyərində mobil telefon oğurlayıblar.

Binəqədi RPİ 43-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Nəsimi Quliyev və 24 yaşlı Elvin Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью