Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Bakıda təhlükəli hərəkətlər edən xanım sürücü öz videosunu qeydə alaraq sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, o, idarə etdiyi 77-BR-762 qeydiyyat nişanlı "Nissan" markalı avtomobillə paytaxtın müxtəlif yollarında qaydaları kobud şəkildə pozub. Yayılmış videogörüntülərin birində aydın şəkildə görünür ki, sürücü 8 Noyabr prospektində manevr və ötmə qaydalarını pozaraq avtomobillərin arasından keçib.
Daha bir fotoda isə sürücünün velosiped zolağının əksinə hərəkət etdiyi əks olunub.
Sözügedən videonu təqdim edirik.
Fərid