Bakıda avtoxuliqanlıq edən sürücülər saxlanıldı

18.02.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən növbəti tədbir zamanı paytaxt ərazisində idarə etdikləri nəqliyyat vasitələri ilə avtoxuliqanlıq edən iki sürücü - N.Məmmədov və E.Ağakərimli saxlanılıblar.

"Unikal" xəbər verir ki, həmin şəxslər barəsində toplanmış material və sübutlar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Məmmədov və E.Ağakərimli cərimə edilməklə sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью