Bakıda avtoxuliqanlıq edənlər həbs olundu

20.02.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən növbəti tədbir zamanı paytaxt ərazisində idarə etdikləri nəqliyyat vasitələri ilə avtoxuliqanlıq edən iki sürücü - E.Qasımov və N.Nəsirov saxlanılıblar. Həmin şəxslər barəsində toplanmış material və sübutlar məhkəməyə göndərilib.

"Unikal" xəbər verir ki, məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunublar.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью