Bakıda “Azad qadın” abidəsini ziyarət edən əcnəbi: “Azərbaycan kimi olun”

05.11.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda səfərinin son günündə “Azad qadın” və ya “Çadranın atılması” abidəsini ziyarət edən əcnəbi qonaq müharibə üzrə tədqiqatçı,  Madison Siyasət Forumunda Müharibə Araşdırmaları şöbəsinin rəhbəri Con Spenser Azərbaycanın dünyəvi ənənələri və qadın hüquqları ilə bağlı təəssüratlarını bölüşüb.
Bizim.Media xəbər verir ki, o, paylaşımında müsəlman əhalisinin əksəriyyət təşkil etdiyi Azərbaycanda qadınların başlarını örtməyə məcbur edilmədiyini, istədikləri kimi geyinə, dövlət idarələrində çalışa və cəmiyyətin müxtəlif sahələrində karyera qura bildiklərini vurğulayıb.
Qonağın sözlərinə görə, Bakının mərkəzində ucaldılan “Azad qadın” abidəsi qadının çadrasını çıxarmasını təsvir edir. 1960-cı ildə ucaldılan heykəl Azərbaycan qadınlarının azadlığının, təhsil almaq və ictimai həyatda iştirak etmək hüququnun rəmzidir.
 

O qeyd edib ki, bu tarixi ənənə bu gün də aktuallığını qoruyur. Müəllif Azərbaycanın məktəblərdə geyim qaydalarını sərtləşdirərək hicabın istifadəsini məhdudlaşdırmasını dünyəvi ənənələrin qorunması ilə əlaqələndirib. Bununla belə, bəzi KİV-lərin iddia etdiyi kimi, ölkə üzrə hicab qadağasının tətbiq edilmədiyini, qadınların məktəbdən kənarda hicab taxa bildiklərini vurğulayıb.


Əcnəbi qonaq Azərbaycanın qadın azadlıqları baxımından qonşu İranla müqayisəsinin diqqətçəkən olduğunu bildirib.
O, 2022-ci ilin sentyabrında hicab qaydalarını pozmaqda ittiham edilərək əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həbsdə döyülərək öldüyü bildirilən 22 yaşlı Məhsa Əmininin hadisəsini xatırladıb. Müəllif İran hakimiyyətini qadınlara və etirazçılara qarşı insan hüquqlarının pozulmasında, işgəncə və zorakılıqda ittiham edib.
Əcnəbi qonaq paylaşımını “Azərbaycan kimi olun” çağırışı ilə yekunlaşdırıb.
 


Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью