Bakıda Azərbaycan ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu keçirilir

18.11.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu keçirilir

Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu keçirilir.

"Report" xəbər verir ki, "Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu" mövzusuna həsr edilən forumda yerli beyin mərkəzləri ilə yanaşı, ABŞ-nin "Atlantic Council", "New Lines Institute", Hudzon İnstitutu, Mərkəzi Asiya-Qafqaz İnstitutu kimi beyin mərkəzləri və "The National Interest" jurnalının nümayəndələri iştirak edirlər.

Tədbir çərçivəsində "Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri", "Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi", "Enerji təhlükəsizliyi və bağlantılar" mövzularına həsr edilmiş sessiyaların keçirilməsi nəzərdə tutulur.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью