Bakıda Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu başlayıb

05.12.2024

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu öz işinə başlayıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, Yaşıl Dünya naminə Həmrəylik İlinə həsr olunan və üç mindən çox Azərbaycan könüllüsünü bir araya toplayan tədbir Bakı Konqres Mərkəzində keçirilir.

Forum Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutacaq.

Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu dekabrın 16-dək davam edəcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью