Bakıda Azərbaycan Kuboku keçiriləcək

21.11.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan kuboku keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və ASTF-nin təşkil etdiyi yarışda paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayonların idmançıları bacarıqlarını göstərəcəklər.

Noyabrın 23-də Şüa İdman Sağlamlıq Kompleksində start götürəcək turnirdə U-14 və U-18 yaş qrupları üzrə qaliblər məlum olacaq.

Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçiriləcək yarışa noyabrın 26-da yekun vurulacaq.

Qeyd edək ki, yarışda fərqlənən idmançılara nazirliyin diplom və medalları, federasiyanın mükafatları təqdim olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью