Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda yerli və qardaş Türkiyədən olan təcrübəli həkim heyətinin iştirakı ilə Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir.
Bu barədə Sfera.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, konqresin açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müdafiə Nazirliyinin Tibb İdarəsi rəisi vəzifəsini icra edən polkovnik Anar İsmayılov
Qeyd olunub ki, keçirilən konqresin əsas məqsədi revmatoloqların davamlı təhsili, yeni diaqnostik və müalicə üsullarına yiyələnmək, elmi təd
Bakıda keçirilən konqresin Azərbaycanda revmatologiyanın inkişafına yeni təkan verəcəyi xüsusi vurğulanıb.
Konqresdə “Böyük damar vaskulitləri”, “PAN+DADA-2 sindromu”, “Makrofaq Aktivasiya Sindromu”, “Avaskulyar nekroz”, “Bahçet xəstəliyi, ağırlaşmalar və müalicə prinsipləri” və digər mövzularda çıxışlar dinlənilib, suallar cavablandırılıb.