Bakıda Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammiti keçirilir

27.01.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarın 27-də Bakıda İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) təşəbbüsü ilə, Ookla, Azərbaycan Turizm Bürosu və Azərbaycan Otel Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammiti keçirilir.

XQ xəbər verir ki, Sammit dövlət və özəl sektorun nümayəndələrini bir araya gətirərək turizmin inkişafı və beynəlxalq tədbirlərin uğurla təşkili üçün etibarlı internet bağlantısının əhəmiyyətini müzakirə etməyə imkan yaradır. Tədbirdə dünya səviyyəli rəqəmsal xidmətlərin yaradılmasının iqtisadi və strateji üstünlükləri ön plana çıxarılır.

Eyni zamanda, sammit çərçivəsində dünya səviyyəli rəqəmsal təcrübənin təmin edilməsinin iqtisadi və strateji üstünlükləri, həmçinin Azərbaycanın “Speedtest Certified™” proqramına yeni yanaşmanı pilot şəkildə tətbiq etmə imkanları müzakirə olunacaq.

Sammit bilik və təcrübə mübadiləsi, eləcə də gələcək əməkdaşlıqların qurulması baxımından mühüm platforma kimi dəyərləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью