Bakıda Azərbaycan Qran prisi öncəsi pit leyn gəzintisi keçirilib

23.09.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi öncəsi ənənəvi pit-leyn gəzintisi keçirilib.

İdman.Biz xəbər verir ki, Bakı Şəhər Halqasında təşkil olunan tədbirə üç günlük bilet alan azarkeşlər qatılıblar.

Saat 16:00-da başlayan gəzinti təxminən iki saat davam edib. Fanatlar komandaların qarajlarına baxmaq, bolidlərin hazırlıq prosesini izləmək və yarış atmosferini yaxından hiss etmək imkanı əldə ediblər. Müxtəlif ölkələrdən gələn azarkeşlər pilotlarla şəkil çəkdiriblər.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək. Bu il Bakı Şəhər Halqası “Formula-1”yarışına 10-cu dəfə ev sahibliyi edir.

İslam Atakişiyev

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью