Bakıda Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilir FOTO

05.12.2024

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilir.
Aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edildiyi tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyə Cümhuriyyətini təmsil edən uşaqlar iştirak edir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Bizim.Media-ya tədbirlə bağlı danışıb.
"Tədbirin əsas şüarı uşaq hüquqları və ekologiyadır. Əsas məqsəd uşaq hüquqlarının müdafiəsi və inkişafı naminə ölkəmizdə əldə olunan müsbət nəticəni, eyni zamanda mövcud məsələlərlə bağlı ortada olan problemlərinin həlli yollarını bir daha müzakirə etmək, eləcə də ictimaiyyətin nəzərini uşaq hüquqlarına yönəltməkdir".





Nuray, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью