Bakıda Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr keçirilib

18.11.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

18 noyabr tarixində Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Avstriya Respublikasının Avropa və Beynəlxalq İşlər üzrə Federal Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

XİN-dən APA-ya verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Avstriya nümayəndə heyətinə isə Avropa və Beynəlxalq İşlər üzrə Federal Nazirliyinin baş direktoru Hanna Liko rəhbərik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan-Avstriya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, bu çərçivədə həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, habelə regional və beynəlxalq məsələlər nəzərdən keçirilib.
Tərəflər siyasi dialoqun dərinləşdirilməsi məqsədilə qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsinin, müntəzəm təmasların davam etdirilməsinin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün prioritet istiqamətlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin mədəniyyət, elm və təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.
Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə məlumat təqdim olunub.
Tərəflər beynəlxalq gündəlikdə dayanan məsələlər ətrafında fikir mübadiləsi aparıb, çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövzusuna diqqət yetiriblər.
Məsləhətləşmələrdə, habelə qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью