Icma.az, Apa.az portalına istinadən məlumat verir. Martın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov onun dəvəti ilə Bakıda rəsmi
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, əvvəlcə hökumət başçılarının təkbətək danışıqları olub, onlar ikitərə
Sonra Ə.Əsədov və O.Bektenov hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsinə qarşılıqlı sadiqlik təsdiq edilib.
Ə.Əsədov AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasında Qazaxıstan hökumətinin operativ reaksiyasına, habelə fəlakətin səbəblərinin araşdırılmasında köməyə görə O.Bektenova təşəkkür edib.
Tərəflər prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin birgə səyləri sayəsində Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının hərtərəfli inkişaf etdiyini qeyd ediblər.
Qarşılıqlı səfərlərin və yüksək səviyyədə görüşlərin iki ölkə arasında münasibətlərin bütün spektri üzrə səmərəli qarşılıqlı fəaliyyətə zəmin yaratdığı vurğulanıb.
İşğaldan azad edilmiş Füzuli şəhərində ötən ilin martında iki dövlət başçısının iştirakı ilə açılışı olmuş Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsünə görə Qazaxıstan Prezidentinə minnətdarlıq ifadə edilib.