Bakıda AzSamand dayanacağa çırpıldı, hadisəyə başı qarışan sürücülər də qəza törətdilər

12.02.2026

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Sabunçu rayonu ərazisində dörd avtomobilin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Zabrat-Məmmədli yolunda qeydə alınıb.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

İlkin məlumata görə, Məmmədli istiqamətində hərəkətdə olan "AzSamand" markalı avtomobil yol kənarındakı dayanacağa çırpılıb.

Bu zaman qarşı istiqamətdən hərəkətdə olan KIA markalı avtomobilin sürücüsü hadisəyə baxmaq üçün maşını saxlayıb və bu zaman arxadan gələn "Toyota" markalı avtomobil həmin nəqliyyat vasitəsinə çırpılıb.

Zərbə nəticəsində idarəetmədən çıxan KIA markalı avtomobil qarşıdan gələn digər "Toyota" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində dörd avtomobilə və sərnişin dayanacağına ciddi ziyan dəyib.

Xəsarət alanların olmadığı bildirilir.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью