Bakıda azyaşlı övladına ağır işgəncə verən ana saxlanıldı Hadisənin şok təəfərrüatı | Icma…
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Döyülən uşağın vəziyyəti kafidir, lakin onun bütün bədəni uzun müddətdir verilən işgəncələrin izi ilə doludur".
AZXEBER.COM xəbər verir ki, bunu "Qaynarinfo"ya Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə anası tərəfindən işgəncələrə məruz qalan uşaqdan danışarkən deyib.
Sədr uşağın tibbi ekspertizadan keçirildiyini vurğulayıb: "Uşağa psixoloji, tibbi, hüquqi yardım göstərilib.
Əminəm ki, yaxın zamanlarda ana barəsində həbs qətimkanı tədbiri seçiləcək".
Sədrin sözlərinə görə, uşağın anası tərəfindən işgəncələrə məruz qalması ilə bağlı videoları ona dayəsi göndərib: "Uşağı üç ildir saxlayan dayə bizə zəng edib bildirdi ki, 2024-cü ilin dekabrında anası uşağı bir neçə günlük aparıb.
Ondan sonra uşağı dayənin yanına gətirməyib və hər dəfə telefon açıb, uşağa verdiyi işgəncələri göstərib, yaxud da faktla bağlı videolar göndərib.
Dayə yalvarıb ki, belə etmə, uşaq yazıqdır, ver mən baxım. Lakin onu eşitməyib.
Tam oxu
Xəbəri oxu