Bakıda azyaşlını avtobus vurub VİDEO

05.11.2024

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, hadisə noyabrın 4-də Nəsimi rayonu Tbilisi prospektində baş verib.

Belə ki, ana və azyaşlı qızı yolu keçərkən uşaq qəfil ictimai nəqliyyat üçün nəzərdə tutulmuş zolaqla hərəkətdə olan iritutumlu avtobusun qarşısına çıxıb.

Nəticədə avtobus azyaşlını vurub. Avtobus sürücüsünün dərhal əyləci sıxması səbəbindən uşaq ciddi xəsarət almayıb.

Hadisə yoldan keçən digər avtomobilin kamerası vasitəsilə anbaan lentə alınıb.

Həmin görüntüləri təqdim edirik:

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью