Bakıda azyaşlını avtobus vurub VİDEO

05.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 4-də Nəsimi rayonu Tbilisi prospektində baş verib.

Belə ki, ana və azyaşlı qızı yolu keçərkən uşaq qəfil ictimai nəqliyyat üçün nəzərdə tutulmuş zolaqla hərəkətdə olan iritutumlu avtobusun qarşısına çıxıb.

Nəticədə avtobus azyaşlını vurub. Avtobus sürücüsünün dərhal əyləci sıxması səbəbindən uşaq ciddi xəsarət almayıb.

Hadisə yoldan keçən digər avtomobilin kamerası vasitəsilə anbaan lentə alınıb.

Həmin görüntüləri təqdim edirik:

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью