Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində azyaşlı piyadanı avtomobil vurub.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə qəsəbənin Zaur Şərifov küçəsi, 5 nömrəli binanın qarşısında qeydə alınıb.
Şikayətçinin sözlərinə görə, ərazidə piyada zolağının olmaması belə hadisələrin tez-tez yaşanmasına səbəb olur: "Məhləyə çıxa bilmirik.
Piyada keçidi yoxdur. Ötən il zolaq çəkilmişdi, o da silinib. Sürücülər maşınları çox sürətlə sürürlər. Dəfələrlə şikayət etmişik".
Hadisə yerindən görüntüləri tıqdim edirik: Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.