Bakıda azyaşlını maşın vurdu Xəbər saytı Son xəbərlər və Hadisələr

15.11.2024

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində azyaşlı piyadanı avtomobil vurub.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə qəsəbənin Zaur Şərifov küçəsi, 5 nömrəli binanın qarşısında qeydə alınıb.

Şikayətçinin sözlərinə görə, ərazidə piyada zolağının olmaması belə hadisələrin tez-tez yaşanmasına səbəb olur:

"Məhləyə çıxa bilmirik. Piyada keçidi yoxdur. Ötən il zolaq çəkilmişdi, o da silinib. Sürücülər maşınları çox sürətlə sürürlər. Dəfələrlə şikayət etmişik".

Hadisə yerindən görüntüləri tıqdim edirik:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью