Bakıda bağçada uşaq xəsarət alıb

17.09.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

265 nömrəli körpələr evi-uşaq bağçasının dəhlizində tavandan bərk cisim parçasının düşməsi nəticəsində bir uşaq xəsarət alıb.

Bağçadan APA-nın sorğusuna cavab olaraq bildirib, tibb bacısı tərəfindən uşağa ilkin tibbi yardım göstərilib.

Bağça rəhbərliyi tərəfindən uşağın valideyninə dərhal məlumat verilib.

Uşaq səhiyyə müəssisəsində müayinə olunub, uyğun tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью