Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə iddia olunur ki, 265 nömrəli körpələr evi-uşaq bağçasında valideynlərdən hər ay müxtəlif adlar altında pul yığılır.
KONKRET.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, təxminən 100 uşağın təhsil aldığı müəssisədə hər uşaq üçün aylıq 25 manat tələb edilir.
İddialara əsasən, hətta bağça müdirinin ad günü münasibətilə də valideynlərdən əlavə vəsait istənilib.
“Müəssisədə təmizlik yeni rəhbərlik gəldikdən sonra yaxşılaşıb. Valideynlərdən hər ay pul yığılması ilə bağlı iddialar isə həqiqəti əks etdirmir”, – deyə valideynlərdən biri bildirib.
“Uşağımı bir yaş səkkiz aylığından həmin bağçaya qoymuşam. Bu bağça ilə bağlı heç bir narazılığım yoxdur. Yeni rəhbərlik gələndən sonra bağça tamamilə dəyişib. İndiyədək heç kimdən məcburi şəkildə pul yığıldığının şahidi olmamışam”, – deyə digər valideyn qeyd edib.