Bakıda bağlı qapı arxasında qalan şəxslər xilas edildi

29.06.2026

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Bakı Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilən tədbirlər nəticəsində 2-si uşaq olmaqla 4 nəfər xilas edilib, 2 nəfərə müvafiq köməklik göstərilib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью