Bakıda bahalı avtomobillər yandı FOTO

06.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakının Binəqədi rayonunda yanğın olub.

Avtosfer.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib. Çoxmərtəbəli yaşayış binasının ərazisində olan avtomobil dayanacağında "Mercedes", "Kia" və "Hyundai" markalı minik avtomobilləri yanıb. Yanğın nəticəsində atvomobillər tam yararsız hala düşüb.

Hadisə "Mercedes Vito" markalı avtomobilin yanmağa başlamasını nəticəsində başlayıb. 

Belə ki, ilk yanğın həmin avtomobildə olub, daha sonra isə dayanacaqda dayanan digər avtomobillərə keçib. Nəticədə dayanacaqda olan "Kia Sportage" və "Hyundai Santafe" markalı avtomobillər yanaraq yararsız hala düşüb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью