Bakıda bank kartlarından oğurluq edənlər saxlanıldı KONKRET

12.09.2025

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtın Nəsimi və Yasamal rayonlarında vətəndaşların birinin avtomobilindən, digərinin isə evindən bank kartları oğurlanaraq hesablarındakı 2355 manat talanıb.

KONKRET.az DİN-ə istinadən xəbər verir ki, bu barədə zərərçəkən şəxslər polis orqanlarına məlumat veriblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 42 yaşlı E.Həsənova və əvvəllər məhkum olunmuş 37 yaşlı H.Süleymanov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью