Bakıda Barış Manço gecəsi keçiriləcək FOTO

12.02.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Bakı Yunus Əmrə İnstitutu tərəfindən 13 fevralda Beynəlxaq Muğam Mərkəzində musiqisi ilə nəsilləri birləşdirən, Türkiyəyənin çatdıran unudulmaz mədəniyyət elçisi Barış Mançonun xatirəsinə həsr olunmuş anım proqramı təşkil ediləcək.

Bakı Yunus Əmrə İnstitutundan Bakupost.az -a verilən məlumata görə, tədbirdə Türkiyə Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri prof. Birol Akgün, Azərbaycanın əməkdar jurnalisti, prof. Etibar Babayev, Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan çıxış edəcək.

Çıxışlardan sonra konsert proqramı nəzərdə tutulur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью