Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakının Nəsimi rayonunda baş verən dava zamanı bir nəfər bıçaqlanıb.
Avtosfer.az xəbər verir ki, hadisə 4-cü mikrorayon ərazisində, Mircəlal Paşayev küçəsində qeydə alınıb.
Məlumata görə, 1991-ci il təvəllüdlü Ramin Saday oğlu Həsənov əlbəyaxa dava zamanı bıçaq xəsarətləri alıb.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona zəruri tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.