Bakıda baş verən qəzanın Anbaan videosu

02.09.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Axar.az-a verilən məlumata görə, qəza nəticəsində 1 ədəd svetofor obyekti yararsız hala düşüb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız hala düşmüş svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью