Bakıda baş verən yanğının səbəbi məlum oldu Video

08.05.2025

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yerləşən yaşayış evində baş vermiş yanğınla bağlı bəzi təfərrüat üzə çıxıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Sakinlər hadisə ilə bağlı Baku TV-yə danışıblar.

"Yanğının baş verdiyi evdə yaşayış yoxdur. Yanğınsöndürənlər bir az gec gəlsəydilər, alov yaşayış olan evlərə də keçə bilərdi. Həmin ərazi plana düşdüyü üçün tikinti şirkəti bu evləri söküb. Buranı birdəfəlik alsaydılar, insanların canı qurtarardı", - onlar söyləyiblər.

Ətraflı süjetdə:


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью