Bakıda bədbəxt hadisə: sürücü limanda dənizə düşərək öldü KONKRET

19.11.2024

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün səhər saatlarında bir nəfər limanda dənizə düşüb və həyatını itirib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Mehman Mehdiyev faktı təsdiqləyib.

O qeyd edib ki, “ASCO Nəqliyyat” MMC-nin sürücüsü Mirzə Əbdüləzimzadə ilkin ehtimala görə, ehtiyatsızlıq səbəbindən limanda dənizə düşüb.

“Dərhal aidiyyəti üzrə məlumat verilib və aparılan xilasetmə tədbirləri nəticəsində meyit sudan çıxarılıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır”, – deyə açıqlamada bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью