Bakıda beynəlxalq badminton turniri

10.08.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avqustun 14-dən 16-dək Bakıda badminton üzrə “Azerbaijan Junior Open 2026” beynəlxalq turniri keçiriləcək.

Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, yarışda Azərbaycan idmançıları ilə yanaşı, ABŞ, İran, Hindistan, Türkiyə, Özbəkistan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstanı təmsil edən badmintonçular da mübarizə aparacaqlar.

Turnirin mükafat fondu 5 min ABŞ dolları təşkil edir.

Azərbaycan yarışda baş məşqçi Morteza Validarvinin rəhbərliyi ilə ümumilikdə 22 yeniyetmə badmintonçu – 13 qız və 9 oğlan ilə təmsil olunacaq.

Beş kateqoriya üzrə keçiriləcək yarışa avqustun 14-də start veriləcək. Turnirə avqustun 16-da baş tutacaq final qarşılaşmaları ilə yekun vurulacaq.

Yarışın baş hakimi yunanıstanlı Xristos Evangelidis olacaq.

“Azerbaijan Junior Open 2026” Azərbaycanda “Junior International Series” kateqoriyası üzrə keçiriləcək ilk beynəlxalq badminton turniridir.

Q.ƏLİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью