Bakıda beynəlxalq hakimlik kursları

29.01.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Bakıda batut üzrə beynəlxalq hakimlik kursları keçirilir.

İdman.biz xəbər verir ki, kursun ilk günündə iştirakçılara yeni qaydalar haqqında ətraflı məlumat verilib.

Batut gimnastikasında hakimlik standartlarını təkmilləşdirmək və qaydaların vahid tətbiqini təmin etmək məqsədilə interaktiv sessiyalar da keçirilib.

Qeyd edək ki, kurslarda müxtəlif ölkələrdən 100 hakim iştirak edir.

Tədbir yanvarın 31-dək davam edəcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью