Bakıda beynəlxalq konfrans keçirilir

06.12.2024

Icma.az, Manset portalına istinadən məlumat yayır.

Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr edilmiş beynəlxalq konfrans keçirilir.

Manset.az xəbər verir ki, “Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi – bir ada, bir xalq, bir tale” adlı konfransda müstəmləkəçiliyə qarşı mübarizə aparan və azad olmağa çalışan Sen Martin xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, parlament üzvləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью