Bakıda beynəlxalq plan qəbul edildi

28.11.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) yekunlarına əsasən, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) üzv dövlətləri planetin bütün sakinləri üçün rabitə əlçatanlığının təmin edilməsi üzrə qlobal yol xəritəsinin qəbul edilməsi barədə razılığa gəlib.

Globalinfo.az bildirir ki, WTDC-25-də təsdiqlənən Bakı Fəaliyyət Planı, telekommunikasiya və informasiya-kommunikasiya texnologiyalarına əsaslanan insanyönümlü rəqəmsal inkişafın əsasını formalaşdırır.

Sənəddə inkişaf etməkdə olan ölkələrin, kifayət qədər bağlantısı olmayan regionların və həssas əhali qruplarının ehtiyaclarına xüsusi diqqət yönəldilib.

WTDC-25-in əsas yekun sənədinə ITU-nun rəqəmsal inkişaf sahəsində gələcək işini müəyyən edən yenilənmiş və yeni qətnamələr, həmçinin ITU-nun Telekommunikasiya İnkişafı Sektoru (ITU-D) üçün tövsiyələr daxildir. Bundan əlavə, plan ITU-D regionlarında rəqəmsal inkişafın əsas problemlərini həll etməyə yönəlmiş yeni təşəbbüslərin başlanılmasını nəzərdə tutur və ekspert tədqiqat qruplarınun nəzərdən keçirəcəyi yenilənmiş mövzuları müəyyən edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью