Bakıda beynəlxalq təlim məşq toplanışı

19.03.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sabah Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışına start veriləcək.

"Cebheinfo.az" xəbər verir ki, toplanışda Azərbaycan millisi ilə yanaşı, Gürcüstan və Rumıniya yığmaları da hazırlıq keçəcək.

Bakı Boks Mərkəzində təşkil olunacaq toplanışa 60-dək boksçu qatılacaq. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Gürcülər tam heyətlə məşqlərə 1 gün sonra qoşulacaqlar.

Məşqlər Bakıda təşkil olunacaq "Böyük İpək Yolu" beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, "Böyük İpək Yolu" yarışı aprelin 2-7-də baş tutacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью