Bakıda beynəlxalq yarışa start verildi

05.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb.

Futbolpress.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə və digər rəsmi qonaqlar iştirak ediblər.

Açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib.

Bakıda keçirilən “ALUFAR IRONMAN 70.3 Baku” tədbiri çərçivəsində keçirilən yarışlarda 62 ölkədən 1500-dən çox idmançı iştirak edir. Azərbaycan 123 idmançı ilə təmsil olunur.

“IRONMAN 70.3” yarışı kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçirilir. Yarışda iştirakçılar 1,9 kilometr üzgüçülük, 90,1 kilometr velosiped və 21,1 kilometr qaçış mərhələlərini qət edəcəklər.

Yarış Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью