Bakıda bəzi ərazilərdə suyun verilişi DAYANDIRILDI

17.03.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Yasamal rayonunda suyun verilişində fasilələr yaranıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonun Zivər bəy Əhmədbəyov (Nizami metrosunun yanı) küçəsində artıq bir neçə saatdır su gəlmir.

Səbəb olaraq isə paytaxtın Səbail rayonu, Neftçilər prospektində (Azneft dairəsinin yanı) su xəttində qəzanın olması bildirilir.

Həmçinin Suranaxı rayonu, Səttar Bəhlulzadə küçəsində Bülbülə magistral su xəttindəki qəza ilə əlaqədar Sabunçu rayonu, Ramana qəsəbəsində də suyun verilişi dayandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью