Bakıda bəzi pullu parkinqlər ləğv olunacaq? VİDEO

21.11.2024

Icma.az bildirir, Milli.az portalına istinadən.

Bir neçə elektrikdoldurma cihazları var, eyni zamanda ərazi həm də parklanma yeridir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxtın Xətai rayonu Xəqani Rüstəmov küçəsindən gedir. Həmin sözügedən əraziyə Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları qanuni parklanma nişanı qoyublar. Eyni zamanda həmin nişanın təsir dairəsində də elektromobillər üçün şarj cihazları qoyulub.

Elektromobil idarə edən sürücülər deyirlər ki, ərazidə başqa avtomobillərin dayanması onların şarj etməsinə mane olur.

Sürücülər təklif edirlər ki, elektrikdoldurma məntəqlərinin yaxınlığında "azparkinq"i ləğv etmək lazımdır. 

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью