Bakıda bəzi yollarda sürət həddi endiriləcək Buzlu yollarla bağlı MÜRACİƏT | Icma.az
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Verilən proqnoza görə, paytaxtda havanın gecə saatlarında şaxtalı olacağı gözlənilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a bildirilib ki, bəzi yolların buz bağlayacağı və sürüşmə ehtimalının artacağını nəzərə alaraq, sürücülər nəqliyyat vasitəsini sürətlə idarə etməkdən çəkinməlidirlər.
Onların ehtiyatlı davranması, eləcə də nasazlıq baş verdikdə avtomobili dərhal yolun kənarına çəkməsi vacibdir.
Yollarda sürücülər üçün təhlükəli vəziyyət yaranacağı təqdirdə bir sıra küçə və prospektlərdə sürət həddi endiriləcək.
NİİM tərəfindən yol hərəkəti iştirakçılarının mütəmadi məlumatlandırılması təmin ediləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu