Icma.az, Avtosfer saytına istinadən bildirir.
Bakıda bıçaq xəsarəti alan gənc oğlan ölüb. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 24 yaşlı Qəzənfər Azər oğlu Muxtarov aldığı bıçaq xəsarətindən ölüb. Hadisənin motivi hələlik açıqlanmır. Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.