Bakıda bilyard üzrə ölkə çempionatı keçiriləcək | Icma.az
Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Bakıda bilyardın sərbəst piramida növü üzrə ölkə çempionatı keçiriləcək.
Missiya.Az "Report"a istinadla xəbər verir ki, Azərbaycan Bilyard Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşacaq yarışa sabah start veriləcək.
Turnir 50-80 top formatında keçiriləcək. İdmançılar sərbəst piramida qaydalarına uyğun olaraq güclərini sınayacaqlar.
Uğurlu çıxış edənlər finala vəsiqə qazanacaqlar.Azərbaycan çempionu olan idmançı ölkəmizi beynəlxalq arenada təmsil edəcək.
Qeyd edək ki, ölkə çempionatına fevralın 24-də yekun vurulacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu