Bakıda bina yanır

15.01.2026

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью