Bakıda binada yanğın: 33 nəfər təxliyə olundu | Icma.az
Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.
Manset.az FHN-ə istinadən xəbər verir ki, yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə kimi şaxta boyunca elektrik naqilləri və 20 ədəd elektrik sayğacı yanıb.
Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 4-ü uşaq olmaqla 33 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Qalan sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu