Bakıda binadan yıxılan kişi öldü

13.06.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Bakıda binadan yıxılan şəxs vəfat edib.

Moderator.az xəbər verir ki, hadisə iyunun 12-si saat 03 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.

1988-ci il təvəllüdlü Qurban Gündüz oğlu Abbasov yaşadığı H.Quliyev küçəsindəki binanın eyvanından yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью