Bakıda binanın həyəti ÇÖKÜR: sakinlər kanalizasiyaya düşə bilər VİDEO

08.07.2025

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Xətai rayonu ərazisində yaşayış binasının həyətində bir neçə yerdə çökmələr olub.

Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu, Xocalı prospekti 29-da qeydə alınıb.

Sakinlərin sözlərinə görə, həmin səki uzun müddətdir ki, o vəziyyətdədir. Son zamanlar yaşanan bədbəxt hadisələrdən sonra isə onlar qorxmağa başlayıblar.

Vətəndaşlar qeyd edir ki, çökən ərazilərlə çalışdıqları qədər hərəkət etmirlər. Amma yaşadıqları evin ətrafı olduğu üçün bu gün – sabah hansısa bədbəxt hadisə də baş verə biləcəyindən narahatdırlar.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə foto və videoları təqdim edərək, sorğu ünvanladıq. Qurumdan Lent.az-ın sorğusuna cavab olaraq, bildirildi ki, sözügedən məsələ ilə bağlı dərhal araşdırma başladılıb:

“Həmin çökmüş səkinin ətrafı Mənzil-Tikinti Kooperativlərinə (MTK)-yə məxsusdur. Buna görə də, MTK rəhbəri ilə danışıldı və məsələnin tezliklə həllini tapması üçün tapşırıqlar verildi. Çökən ərazi ilə bağlı həm İcra Hakimiyyəti həm də MTK problemi birgə nəzarətə götürüb”,-deyə qeyd olundu.

Qeyd edək ki, çökmə olan səkinin altında kanalizasiya quyusu var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью