Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda köhnə avtomobillərin 80-100 min manata satıldığı müşahidə olunur. Bura “06”, “07”, 1990-cı illərin “Mercedes” modelləri də daxildir. Bəzən binanın qarşısında illərdir çürüməkdə olan VAZ markalı avtomobilin yüksək qiymətə satışa çıxarıldığı görünür.
Bəs bunun səbəbi nədir? Həmin avtomobillər hazırda uzun məsafəli səfərlər üçün nə dərəcədə təhlükəsizdir?
Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, baha satılan bu avtomobillər retro sinfinə aiddir:
“Onun digər avtomobillərdən fərqi daha koloritli və keçmişə aid olması ilə əlaqədardır. Bu gün retro avtomobillərin istifadəsi, necə deyərlər, fəxarətlə qeyd olunan bir tendensiyadır. Ona görə ki retro avtomobillər sinfi bahalı avtomobillər tipinə aiddir”.
Ekspert bildirib ki, bu avtomobillərin istismarı da bahalıdır, onların funksionallığı, ehtiyat hissələri, əl işləri və sair də əlavə xərc tələb edir:
“Bu səbəbdən də həmin avtomobillər sahibləri tərəfindən adətən baha satılır. Daha qədim, daha koloritli avtomobillərin istismarı prestij sayılır. Prestij sayıldığı üçün də belə bahadır”.
Bizim.Media