Bakıda binanın zirzəmisindən asılmış meyit tapıldı

29.12.2024

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda daha bir intihar hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış kompleksində qeydə alınıb. 

Oradakı binalardan birinin zirzəmisində asılmış kişi meyiti tapılıb. 

Araşdırmalar zamanı meyiti tapılan şəxsin, həmin binanın 75-ci mənzilində yaşayan, 1963-cü il təvəllüdlü Nizami İbiş oğlu Xələfov olması müəyyən edilib.

N.Xələfovun intihar etdiyi bildirilir.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью