Bakıda bir qrup idmançı saxlanılıb

05.01.2025

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Yanvarın 4-də saat 03 radələrində Bakının Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.

DİN-nin Mətbuat Xidmətindən APA-ya bildiriblər ki, polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən - Elnur Həmidov, Elçin Hüseynov və Elvin Məmmədovu saxlayıblar.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Reyting.az

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью