Bakıda bir sakitlik var...

12.08.2026

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bunu bir neçə gün əvvəl bir dostum dedi. Rayondan qayıdırdıq, axşamüstü idi. Dedim ki, şəhərdə çox güman ki, tıxac olar.Dostum dilləndi ki, müəllim, ağlın qabakı vaxtlara getməsin ! İndi əksər insanlar rayonlara və xaricə istirahətə yollanıb. Doğrudan da , paytaxta çatanda dostumun dediklərinin şahidi oldum.

Gördüm ki, Bakıda əvvəlki tıxaclardan əsər- əlamət belə qalmayıb. Sözün düzü buna çox sevindim! Sevindim ki, Bakıda  bir müddət sakitlik olacaq və tıxac olmayacaq! Elə belə də oldu . Çox güman ki, sentyabrın 14- ə kimi   belə bir sakit şəhər görəcəyik! Sentyabr 15- dən isə biz yenə haylı- küylü  və tıxaclı şəhər görəcəyik! Bir sözlə, Bakının tıxaclı günləri də olur, tıxacsız  günkəri də !

Emil FAİQOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью